Bədəndən gələn xoşagəlməz qoxu çox vaxt tərləmə ilə əlaqədar olur, lakin əksər hallarda tərləmə orqanizmdə gedən dəyişikliklərin əlaməti kimi meydana çıxır. Tibdə onu hiperhidroz adlandırırlar.
Tərləmə iki cür olur: lokal və ümumi. Lokal tərləmənin qarşısını gigiyenik qaydalara düzgün riayət etmək, müntəzəm yuyunmaq, bitkilərdən hazırlanmış isti vanna qəbul etməklə, tərləmə ayaqlarda olanda ayaqyalın gəzmək və digər üsullarla almaq mümkün olduğu halda ümumi tərləmə zamanı həmin prosedurlar heç bir səmərə verməyə, hətta ciddi olaraq cərrahi müdaxilə də tələb edə bilər. Onu da qeyd etmək lazımdır ki, uzun müddət antiseptik məhlulların istifadə edilməsi dərinin həssaslığını artıraraq digər pozğunluqlara, məsələn, allergik dermatitin yaranmasına səbəb olması mümkündür.
Çox tərləmə adətən bu bölgələrdə görülür
Ovuc içlərində;
Ayaq və ayaq dabanlarımızda;
Bel və boynumuzda;
Alın və saç dərisində;
Qoltuq altlarımızda.
Tərləmənin qarşısını almaq üçün operativ müdaxilə zamanı onurğa sütununun yaxınlığında yerləşən və tərləməni tənzimləyən simpatik sinir sisteminin regional düyünləri açıq və ya ənənəvi yolla kəsilərək simpatik denervasiya olunur. Hər bir cərrahi müdaxilə kimi onun da ağırlaşmaları - hematomaların yaranması, plevranın zədələnməsi və s. baş verə bilər. Peşəkar cərrahların apardığı əməliyyatlardan sonra həmin travmalar nadir hallarda yaranır.
Son vaxtlar xəstələr həmin problemin həlli üçün kosmetoloq və dermatoloqlara üz tutur və onlar botoks üsulu ilə müalicə apararaq təryaranmanı müvəqqəti olaraq dayandırırlar. Lakin bu, 5-9 ay davam edir. Ən ucuz yol isə antiperspirantlardan istifadə olunmasıdır. Xüsusilə, yay vaxtı çox istifadə edilən antiperspirantların tərkibinə alüminiumun müxtəlif duzları, sink, sirkonium, qurğuşun, dəmir, formaldehid, etil spirti və s. daxildir.
Mənbə: esthetica
Tərcümə etdi: Aytac Musayeva