Bu gün:

İlk "isti qanlı" dinozavrlar 180 milyon il əvvəl ortaya çıxıb


Bədən istiliyini tənzimləmək qabiliyyəti bəzi dinozavrlar arasında təxminən 180 milyon il əvvəl inkişaf etmiş ola bilər. Bu gün bütün məməlilər və quşlar tərəfindən paylaşılan bir xüsusiyyət olan bədən istiliyini tənzimləmək qabiliyyəti, təxminən 180 milyon il əvvəl, erkən Yura dövründə bəzi dinozavrlar arasında inkişaf etmiş ola bilər.

20-ci əsrin əvvəllərində dinozavrlar müasir sürünənlər kimi yavaş hərəkət edən, temperaturlarını tənzimləmək üçün Günəşin istiliyinə ehtiyacı olan "soyuqqanlı" heyvanlar hesab edilirdilər. Yeni kəşflər bəzi dinozavr növlərinin öz bədən istiliyini yaratmaq qabiliyyətinə malik olduğunu göstərir, lakin bu uyğunlaşmanın nə vaxt baş verdiyi məlum deyil. 1000 fosil, iqlim modelləri, dövrün coğrafiyası və dinozavrların təkamül ağaclarına əsaslanaraq, yeni bir araşdırma Mezozoy erasında (230 ilə 66 milyon il əvvəl davam edən dinozavrların yaşı) dünyanın müxtəlif iqlimlərində dinozavrların yayılmasını araşdırır.

Tədqiqat qrupu müəyyən edib ki, dinozavrların üç əsas qrupundan ikisi, teropodlar (məsələn, T-rex və Velociraptor) və ornitiskilər (bitki yeyən Stegosaurus və Triceratops qohumları da daxil olmaqla) Erkən Yura dövründə daha soyuq iqlimlərə köçüblər. Bu, onların bu dövrdə endotermiya (daxili istilik istehsal etmək qabiliyyəti) inkişaf etdirdiyini göstərir. Bunun əksinə olaraq, Brontosaurus və Diplodocusun daxil olduğu digər əsas qrup "sauropodlar" planetin isti yerlərində qalmağa üstünlük verdilər. Əvvəlki tədqiqatlar bəzi ornithischians və theropodlar arasında isti qanlı xüsusiyyətlər tapdı və bəzilərinin daxili istiliyi izolyasiya edən lələkləri və ya proto-lələkləri olduğu bilinirdi.

Məqalənin ilk müəllifi Dr. Alfio Alessandro Chiarenza dedi: “Təhlillərimiz göstərir ki, əsas dinozavr qrupları arasında fərqli iqlim üstünlükləri 183 milyon il əvvəl "Jenkins hadisəsi" zamanı ortaya çıxdı. Bu dövrdə intensiv vulkanik fəaliyyət qlobal istiləşməyə və bitki qruplarının yox olmasına səbəb oldu." deyir.

“Bu dövrdə bir çox yeni dinozavr qrupları meydana çıxdı. "Bu ekoloji böhran nəticəsində endotermiyanın mənimsənilməsi, teropodların və ornitisçilərin daha soyuq mühitlərdə inkişaf etməsinə, onların daha aktiv olmasına, daha uzun müddət fəaliyyət göstərməsinə, daha sürətli inkişaf etməsinə, həmçinin daha çox nəsil yaratmasına imkan vermiş ola bilər".

Məqalənin həmmüəllifi Dr. Sara Varela, "Theropodlara quşlar da daxildir və araşdırmamız göstərir ki, quşların unikal temperatur tənzimləmə qabiliyyəti bu Erkən Yura dövründə başlamış ola bilər"- deyir.

“Digər tərəfdən, daha isti iqlimlərdə qalan sauropodlar bu dövrdə nəhəng ölçülərə çatdı. Bu, ətraf mühitin təzyiqinə görə başqa bir mümkün uyğunlaşmadır. "Daha kiçik səth sahəsinin həcminə nisbəti bu böyük canlıların istilik itkisini azalda bilər və onların daha uzun müddət aktiv qalmasına imkan verir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et