Tərəvəz şorbası pəhrizinin faydaları
Arıqlamaq istəyənlər üçün təsirli və sağlam üsullardan biri də tərəvəz şorbası pəhrizinə riayət etməkdir. Tərkibindəki müxtəlif tərəvəzlər sayəsində orqanizmin ehtiyac duyduğu vitamin və mineralları qarşılayır. Tərəvəz şorbasının faydaları insandan insana dəyişə bilər, lakin ümumilikdə bunlar aşağıdakılardır:
Aşağı kalori: Kalorisi az olduğu üçün arıqlamağa kömək edir. Müxtəlif tərəvəzlərdən hazırlanan bu şorba pəhriz saxlayarkən kaloriləri nəzarətdə saxlamağa imkan verir. Ümumiyyətlə, az yağlı və kalorili tərəvəzlərlə hazırlanan tərəvəz şorbası sizi tox saxlayır və gündəlik kalori qəbulunuzu məhdudlaşdırır. Bu sayədə kilo vermə prosesində əhəmiyyətli bir üstünlük təmin edir.
Yüksək lif: Yüksək lif tərkibli tərəvəzlər uzun müddət toxluq hissi yaradır. Lifli qidalar mədənin daha yavaş boşalmasını təmin edərək aclıq hissini azaldır. Xüsusilə, bağırsaq hərəkətlərini tənzimləyərək həzmi asanlaşdırır. Lifli qidalar qan şəkərini tarazlayaraq ani aclıq böhranlarının qarşısını alır və gün ərzində enerjili qalmağınıza kömək edir.
Vitamin və mineral zənginlik: Müxtəlif tərəvəzlərdə immunitet sistemini gücləndirən vitamin və minerallar var. Kök, balqabaq və ispanaq kimi tərəvəzlər A, C və K vitaminləri ilə zəngindir. Bu vitaminlər bədənin infeksiyalara qarşı müqavimətini artırır və ümumi sağlamlığı dəstəkləyir. Minerallar sümük sağlamlığını qoruyur və müntəzəm maddələr mübadiləsini təmin edir.
Həzm sisteminin tənzimlənməsi: Lifli quruluşu sayəsində həzm sistemini tənzimləyir. Tərəvəz şorbası bağırsaq hərəkətlərini artıraraq qəbizlik problemlərinin qarşısını alır. Lif bağırsaqda suyu udur.Həzm sistemi sağlam işlədikdə orqanizmin toksinlərdən təmizlənməsi daha təsirli olur.
Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova
