Bu gün:

Bəzilərimizin ağcaqanadları maqnit kimi cəlb etməsinin təəccüblü səbəbləri


Ağcaqanadlar, belə demək mümkünsə, yay aylarının bəlasıdır. Ancaq, bəzilərimizi nadir hallarda dişləsələr də, başqalarına nəfəs almağa belə imkan vermirlər. Bəs bunun səbəbi nədir? Ağcaqanadların daha çox dişləməsinin səbəbləri həmişə müzakirə mövzusudur. Sizcə, hansı daha həlledicidir: dəri tonu, saç rəngi, qan qrupu, pəhriz?

Gəlin bu suala cavab verək. Məsələn, O qan qrupu olan insanların dişləmə ehtimalı A qrupu olanlara nisbətən iki dəfə çox olur, B qrupu isə onların arasında bir yerə düşür. Yəni ağcaqanadların dişləmə hərəkəti qan qrupuna görə dəyişir. Ağcaqanadlar arasında qan qrupları olduqca fərqlidir. Bundan əlavə dərimizdə bəzi kimyəvi maddələrin, xüsusilə də laktik turşunun yüksək səviyyədə olması bizi ağcaqanadlar üçün daha cəlbedici edir. Ağcaqanadlar da bu kimyəvi maddələr sayəsində dəri bakteriyasının səviyyəsini müəyyən edir və buna uyğun hərəkət edir. Digər tərəfdən, ağcaqanadlar dezodorant, ətir və sabun qoxusundan da təsirlənir. Çünki, onlar həm görmə, həm də qoxu ilə ov edirlər. Bundan əlavə, bədənimizdəki karbon qazının miqdarı da həlledicidir. Ağcaqanadlar bədənimizdəki karbon qazının iyini 60 metr uzaqdan hiss edə bilirlər. Məsələn, idman edərkən nəfəs alma tezliyimiz artdığı üçün daha çox karbon qazı buraxırıq.

Yenə tərlədiyimiz zaman ağcaqanadın diqqətini çəkən iştah açıcı kimyəvi maddələr , laktik turşu ifraz olunur. Nəhayət, bədən istiliyimiz yüksəldikdə ağcaqanadların maqnit kimi bədənimizə yapışma ehtimalı artır. 

Xülasə, bütün bu amillər ağcaqanadları bizə cəlb etməkdə mühüm rol oynayır . 


Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et