Avtomobil seqmenti avtomobillərin ölçülərinə, qiymətinə, rahatlığına, mühərrik həcminə, təyinatına və bir çox digər xüsusiyyətlərinə görə kateqoriyalara bölünməsi prosesidir. Bu təsnifat avtomobilləri müəyyən xüsusiyyətlərə görə qruplaşdırmağa imkan verir.
Beləliklə, istehlakçılara ehtiyaclarına və gözləntilərinə ən uyğun olan avtomobili daha asan tapmağa kömək edir. Məsələn, daha kiçik və daha qənaətcil avtomobillər ümumiyyətlə A və ya B seqmentlərində, daha böyük, rahat və lüks modellər isə C, D və E seqmentlərində təsnif edilir. Bu təsnifat həm avtomobil istehsalçılarına marketinq strategiyalarını müəyyən etməyə, həm də alıcılara avtomobil seçimində daha məlumatlı qərarlar qəbul etməyə imkan verir. Avtomobil seqmentləri həmçinin avtomobilin nəzərdə tutulan istifadəsini və hədəf auditoriyasını göstərir. Bu, tədqiqat və müqayisə proseslərini əhəmiyyətli dərəcədə asanlaşdırır.
A Seqment Nəqliyyat vasitələri (Minikompakt)
Minikompakt kimi tanınan A seqmenti şəhər istifadəsi üçün idealdır. Avtomobil seqmentləri arasında ən kiçik ölçülərə malikdir. Bu seqmentdə olan nəqliyyat vasitələri. Dar küçələrdə asan manevr qabiliyyəti, parkinq rahatlığı və yüksək yanacaq sərfiyyatı ilə tanınır. Ümumiyyətlə, iki qapılı modellər və ya kiçik hetçbeklər bu kateqoriyaya aiddir.
B Seqmentli Avtomobillər (Yığcam)
B seqmentli avtomobillər, avtomobil seqmentlərinin nə olduğu sualına cavablardan biri kimi orta ölçülü avtomobillərə istinad edir. Bu seqment ümumiyyətlə subaylar və ya kiçik ailələr üçün kifayət qədər yer təklif edir. İstər şəhər daxilində, istərsə də şəhərdən kənarda istifadəyə yararlı olan bu avtomobillər sərfəli qiymətləri ilə də diqqət çəkir.
C Seqmentli Nəqliyyat vasitələri (Orta Sinif)
C seqmenti avtomobil seqmentləri arasında tez-tez seçilən kateqoriyalardan biridir. Bu seqmentdəki avtomobillər ümumiyyətlə daha böyük salon həcmi və daha güclü mühərriklər təklif edir. Həm şəhər, həm də uzun səyahətlər üçün uyğun olan C seqmentinə iş üçün intensiv istifadə tələb edən ailələr və fərdlər tərəfindən tez-tez üstünlük verilir.
Mənbə: arabam.com
Tərcümə etdi: Rəhimə Cəmilova