Endryu Teyt 1 dekabr 1986-cı ildə Vaşinqtonda, ABŞ-də anadan olan Britaniya-Amerikalı keçmiş kikboksçudur. Kikboksinq karyerasına başlamazdan əvvəl Teyt üçqat ISKA dünya çempionu və Enfusion çempionu olub. O, dörd yaşında ikən ailəsi ilə birlikdə İngiltərəyə köçüb və boks karyerasını orada davam etdirib. O, 2020-ci ilin fevralında hazırda yaşadığı Buxarestdə, Rumıniyada boksa qayıdıb.
Endryu Teyt son zamanlar sosial mediada mübahisəli paylaşımları ilə diqqət çəkib. O, alfa kişi olmaq və dəbdəbəli həyat tərzinə necə nail olmağı izah edən məzmun hazırlayıb. Lakin dekabrın 29-da o, Rumıniya polisi tərəfindən insan alveri, zorlama və mütəşəkkil cinayət şəbəkəsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıb.
2005-ci ildə kikboksinq və döyüş sənətinə başlayan Teyt bəzi televiziya reklamlarında da çəkilib. 2008-ci ildə İngiltərədə yeddinci ən yaxşı çəkisiz kikboksçu kimi tanınıb və 2009-cu ildə ilk titulunu qazanıb. O, 2011 və 2013-cü illərdə ISKA Dünya Çempionatında qalib gələrək uğurunu möhkəmləndirsə də, daha sonra peşəkar döyüş idmanı ilə vidalaşıb.
2016-cı ildə Böyük Britaniyada yayımlanan "Böyük Qardaş" realiti şousuna qatılan Teyt verilişdəki şərhləri ilə müzakirə obyektinə çevrilib. Homofobik və irqçi ifadələri ilə tez-tez tənqid olunan Teyt 2017-ci ildə Böyük Britaniyadan Rumıniyaya köçüb. "TikTok" və "Instaqram"da yayımladığı videolarla daha da şöhrət qazanan Teyt videolarında qadınlar haqqında mübahisəli fikirlər səsləndirib, dəbdəbəli həyat tərzini nümayiş etdirib. Bu paylaşımlar sosial şəbəkələrdə gənclərə mənfi təsir göstərdiyinə dair narahatlıqlara səbəb olub.
Teyt videolarının birində qadınların tarix boyu və bu gün də əsas vəzifəsinin kişilərə dəstək olmaq olduğunu iddia edib.
Mənbə: Huriyyet
Tərcümə etdi: Uğur Hacıyev
