Mənşəyi latın muttum “söz, söhbət” sözündən olan bu söz əvvəlcə deviz şəklini alaraq italyan dilinə, sonra isə bu formanı saxlayaraq ingilis dilinə keçib. İngilis dilində “deviz, şüar” mənasını verən bu söz ingiliscə işlənməsi ilə də dilimizə daxil olub.
Motto əvəzinə hansı söz istifadə olunmalıdır?
Şüar yerinə işlənə bilən sözlər devizin sinonimləridir. Deviz sözünün yerinə aforizmlər, deyimlər, şüarlar işlənə bilər. Məsələn, “günün aforizmi”, “günün deyimi”.
Həyat mottosu nədir?
Həyat şüarı və ya başqa sözlə, həyat fəlsəfəsi həyatı dərk etmək və yaşamaq yolu deməkdir. Hər kəsin öz həyat şüarı var. Çünki hər kəsin həyatı dərk etmə və ondan zövq alma tərzi fərqlidir.
Günün mottosu nə deməkdir?
İnternetdə, bir çox sayt və sosial media platformalarında günün mottosu adı altında hər gün bir deyim, motivasiya mesajı, aforizm və ya şüar paylaşılır. Bu yazılar izləyicilərinin həyata baxışını formalaşdırır. Xülasə, oxucuların həyatına toxunmaq, onları düşündürmək üçün gündəlik paylaşılan bu tip fikirlər günün mottosu adlanır.
Mənbə: sabah.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
