Kanadada aparılan bir araşdırma, qadınların niyə kişilərdən daha çox siçanlardan qorxduğunu izah etdi. Montrealda yerləşən McGill Universitetində aparılan araşdırmalar göstərib ki, siçanlar kişi qoxusunu duyduqda utanır, amma qadından qorxmurlar.

Nature Methods jurnalında dərc olunan araşdırmaya görə, kişilərin yaratdığı stressin ən böyük mənbəyi siçanlar üzərində təcrübə aparan alimlərdir.
Araşdırmada kişilərin siçan və siçovullar üzərində yaratdığı stress səviyyəsi elmi təcrübələrlə qiymətləndirilib. Bu qiymətləndirməyə görə, siçovullar 15 dəqiqə boruda saxlandıqda və siçanlar üç dəqiqə üzməyə məcbur edildikdə, kişilərlə qarşılaşdıqları zaman olduğu qədər stress altında qalırlar.
Tədqiqat elmi təcrübələrdə heyvanların istifadəsinin qarşısını almaq üçün son cəhdləri dəstəkləsə də, siçanları qvineya donuzları kimi saxlayan laboratoriyalara da təzyiq göstərib.
Tədqiqatçılar düşünürlər ki, siçanlarda yaranan qorxu bütün insanlarda və heyvanlarda istehsal olunan feromonlardan qaynaqlanır.
Mənbə: aljazeera
Tərcümə etdi: Sevil Azər
