Bu gün:

Qurban bayramı nədir və necə yaranıb?


Qurban bayramı İslam aləmində böyük əhəmiyyət kəsb edən və hər il coşqu ilə qeyd olunan dini bayramdır. Müsəlmanların dini vəzifələrindən olan qurbanın kəsildiyi bu bayram həm də İslamın beş əsas sütunundan biri olan həcc ziyarəti ilə bağlıdır. Qurban bayramı həm mənəvi mənası, həm də ictimai həmrəylik və əməkdaşlığa təşviq edən cəhətləri ilə diqqət çəkir.

Qurbanın dinimizdəki yeri və önəmi

Qurban bayramı İslam dinində mühüm yeri olan və müsəlmanlar tərəfindən hər il qeyd olunan dini bayramdır. Bu bayram İbrahim peyğəmbərin Allaha sədaqətini göstərmək üçün oğlu İsmaili qurban vermək istəməsindən sonra başlayan bir ənənəyə əsaslanır. Dinimizdə qurban kəsmə Allaha yaxınlığın və şükürün ifadəsi olaraq böyük əhəmiyyət kəsb edir. Qurban bayramı tarixi hicri təqvimi ilə Zilhiccə ayının 10-na təsadüf edir və dörd gün qeyd olunur. Qurban kəsməkdə məqsəd maddi imkanı olan müsəlmanların Allaha bəndəlik vəzifələrini yerinə yetirərkən ehtiyacı olanlara kömək etməkdir. Bu bayram müsəlmanlar arasında birlik və həmrəylik hisslərini gücləndirir, ictimai həmrəyliyi artırır.

Mənbə: Hisar
Tərcümə etdi: Sevil Azər


Paylaş
Şərh əlavə et