İnsan gözünün yuxarı göz qapaqlarının hər birində təxminən 70-150 kirpik, alt göz qapaqlarında isə 60-80 kirpik var.
Üst qapaqdakı kirpiklər adətən yuxarıya doğru əyilir, alt kirpiklər isə toz, tər və yad hissəcikləri gözlərdən uzaq tutmağa kömək etmək üçün aşağıya doğru əyilir. Gözün kiçik əzələləri qorunmaq üçün avtomatik olaraq büzülür, buna görə də insanlar gözlərini qırpırlar. Kirpiklər melanin və keratin kimi 90% protein və 10% sudan ibarətdir.
Dərinin altındakı follikullar kirpiklərin böyüməsinə təsir göstərir. Böyümə mərhələsi təxminən 45 gün davam edir, hərəkətsiz faza isə tökülmə mərhələsi baş verməzdən əvvəl təxminən üç həftə davam edir. Bir kirpik düşdüyü zaman onun yenidən böyüməsi üçün yeddi və ya səkkiz həftə vaxt lazımdır.
Kirpik xəstəliklərinə kirpiklərin içəriyə və xaricə doğru uzandığı trixiasis daxildir. Digər bir xəstəlik blefaritdir, allergiya, infeksiyalar, travma və ya seboreya nəticəsində yaranan xroniki iltihabdır. Gənələr səbəbiylə kirpik follikulunda da parazitar infeksiyalar inkişaf edə bilər və bu, kirpiklərin böyüməsinə təsir göstərə bilər.
Mənbə: 411answers.com
Tərcümə etdi : Günay Ələskərova