Bu gün:

Postmodern ailə nədir?


Postmodern ailə nədir?

Postmodern ailə cəmiyyətdəki məşhur postmodernist təcrübəyə uyğunlaşmşdır. Valideynlər arasında qayıdışın rolu və ümumiyyətlə postmodern ailə nəzəriyyəsi çoxsaylı mənbələrdən gələn fikirlərə əsaslanır.



 Postmodern ailə bir və ya bir neçə valideyn , və bir və ya bir neçə uşaqdan ibarətdir. Birmənalı olmayan rollar və dəyişən məqsəd post-modern ailənin nəzəri əsasını xarakterizə edir. Ənənəvi cəmiyyətlərdə kişi və qadın rolları daha az aydın idi. 20-ci əsrin sonlarında ortaya çıxan Amerika qadınlarının azadlıq ideologiyası ənənəvi ailə anlayışlarını və qadınların ev daxilində və xaricində məqsədlərini alt-üst etdi. Bu fikirləri qəbul edən kişilər və qadınlar daha az sərt və qeyri-ənənəvi davranışlar seçərək, genderin köhnə təriflərinə və ailə vahidinin məqsədinə şübhə ilə yanaşırdılar.

Postmodern ailədə əsas rol daha az şəxsiyyət kimi müəyyən edilir və daha çox asanlıqla dəyişdirilə bilən vəzifələrlə müəyyən edilir. İş yeri ilə məşğul olan qadınlar uşaqlarına qulluq etmək üçün muzdlu işçilərdən istifadə edirlər. Qadınlar öz karyeralarını birinci yerə qoyarkən, yumurtalarını dondurmaqla, süni mayalanma yolu ilə hamilə qalmaqla və ya uşaqları daşımaq üçün surroqatlardan (daşıyıcı ana) istifadə etməklə doğuş vəzifələrini dəyişirlər. Qida sənayesindəki böyük irəliləyişlər ailələrə əvvəlcədən qablaşdırılmış qidaları mikrodalğalı sobada isidərək qidalandırmaq imkanı verir və qadınları vaxt aparan yemək hazırlama prosesindən xilas edir.

İstehlakçılığın və cinsi azadlıqların yüksəlişi post-modern ailənin texnologiyasını və onun ideyalarını asanlaşdırdı və bu, ideyaların yayılması ilə təsdiqlənərək möhkəmləndi. Nəticədə, postmodern ailələr daim xarici qüvvələr tərəfindən yenidən müəyyən edilən eksperimental üsullarla mövcuddur.

Mənbə : 411answers.com 
Tərcümə etdi : Günay Ələskərova

Paylaş
Şərh əlavə et