İnternet jurnalistikasının və sosial medianın inkişafı: Qəzetlərin internet versiyaları çap versiyalarından daha çox izlənilsə də, nəşr siyasətlərindəki paralellik və reklam almaq üçün istifadə edilən təcrübələr onların kifayət qədər izlənilməsinə mane olur. Xüsusilə klik-ovçuluq əsaslı jurnalistika oxuculara mənfi təsir göstərir.
Az oxuma vərdişi: Türk xalqının oxu vərdişi Avropa başda olmaqla bir çox ölkələrə ilə müqayisədə həmişə aşağı olmuşdur. Onsuz da oxumağı sevməyən türk xalqı həyata keçirilən yanlış nəşr siyasəti nəticəsində təbii olaraq qəzetlərdən uzaqlaşıb. Tarixdə 1,5 milyon tirajı keçən bəzi qəzetlər olsa da, bunun arxasında müxtəlif abunə və təbliğat kampaniyaları dayanır.
İctimaiyyətin problemlərindən xəbərsiz qalmaq: Son illər qəzetlərin əksəriyyəti mövcud siyasi ab-havanın təsiri ilə ictimaiyyətin görmək istədiyi xəbərləri öz səhifələrində dərc etmir. Maaş artımı, işsizlik, fəhlə aksiyası, inflyasiya, qaçqın problemi, bahalaşma, ətraf mühit və s. kimi mövzular 3-4 qəzetdən başqa digər qəzetlərdə görünmür. Oxucuların qəzetlərdən uzaqlaşmasını şərtləndirən mühüm amil kimi dərc olunan xəbərlərin böyük auditoriyaya müraciət etməməsini də göstərə bilərik. Oxucuların intellektual imkanlarını aşan dildə yazılan köşələr, xəbərlər, şərhlər, müsahibələr, məqalə silsiləsi naşirlərlə oxucuların bir-birindən uzaqlaşmasına səbəb olur.
Əsl jurnalistikadan uzaqlaşmaq: Əvvəllər araşdırmaya əsaslanan xüsusi xəbərlər həmişə qəzetlərin manşetlərini bəzəyib. Ancaq bu gün başlıqlar səs-küy yaratmır. Qəzet sahiblərinin jurnalist deyil, müxtəlif sektorlarda çalışan iş adamları olması və öz kommersiya həyatlarını davam etdirmələri istiqamətində hərəkət etmələri, şübhəsiz ki, manşetləri formalaşdıran dinamikalar sırasındadır.
Qəzetlərə və jurnalistlərə inamın azalması: Son illərdə yazılı mətbuatda; Manipulyasiyaya, saxta xəbərlərə və qavrayış əməliyyatlarına tez-tez rast gəlinir. Xüsusilə siyasi xəbərlərdə istifadə edilən bu üsullar, şübhəsiz ki, jurnalistlərə və qəzetlərə inamın süqutunda mühüm rol oynayıb. Digər tərəfdən, sadəcə xəbər verməkdənsə, müəyyən şəxslərin və qrupların maraqlarını nəzərə alaraq oxuculardan üz döndərmək çap mətbuatına inamı xeyli sarsıdıb.
Mənbə: Medyaloji
Tərcümə etdi: Aminə Paşazadə
