Ümumi mənasına nəzər saldıqda qərəz başqa insanlara qarşı qərəzli və ədalətsiz münasibət deməkdir. Bunlar bir növ ümumiləşdirmədir və qərəzlər həmişə davranışda əks olunmaya bilər. Ayrı-seçkilik qərəzli münasibətə çox bənzəyir, lakin ayrı-seçkilik adətən bir qrupun digərinə qarşı ədalətsiz münasibətidir.
Ayrı-seçkilik qərəzlə çox oxşardır, lakin ayrı-seçkilik, ümumiyyətlə, bir qrup başqalarına qarşı ədalətsiz davrandıqda olur və onlar qərəz və davranış üzərində əks olunması baxımından fərqlənirlər. Kilolu insanların daha az intellektli olması fikri sözün əsl mənasında qərəzdir. Bu cür nümunələr, xüsusilə şifahi şəkildə ifadə olunan münasibətlərdir və davranışda həmişə əks olunmadığı üçün təhlükəli olmadığını söyləmək düzgün olmaz. Ön mühakimələr zamanla yenilərinin yaranmasına səbəb ola bilər və ayrı-seçkilik kimi davranış səviyyəsinə çata bilər. Bu vəziyyətdə, təəssüf ki, təhlükəli ola bilər.
Mənbə: Psikolog Merkezi
Tərcümə etdi: Aminə Paşazadə
