Bu gün:

Bürclər: Astrologiyanın simvolik dünyası


Astrologiya, planetlərin hərəkətlərini və səmadakı ulduz mövqelərini təhlil edərək, doğum xəritələri və ulduz falı vasitəsilə insanların həyatını və şəxsiyyətlərini şərh edir.

Astroloji işarə, insanın doğulduğu anda günəş mövqeyinə əsasən təyin olunan simvoldur. Hər bir işarənin öz xüsusiyyətləri, güclü və zəif tərəfləri var. İnsanlar tez-tez bürclərinə görə şəxsiyyətlərini, həyatlarını və münasibətlərini anlamağa çalışırlar. 12 fərqli bürc var və onların hər biri bir çox insan üçün gündəlik həyatda ilham mənbəyi olub.

Bürclər Günəşin səmadakı mövqeyi ilə müəyyən edilir. Bu yer insanın doğulduğu tarixdən asılı olaraq dəyişir. Bürc əlamətləri astrologiya cədvəlinin əsas hissəsidir və eyni zamanda insanın doğuş cədvəli kimi tanınır. Doğum tarixi ilə yanaşı, doğum vaxtı və coğrafi mövqe də bürcün dəqiq müəyyən edilməsinə kömək edir.

Hər bir bürcün özünəməxsus xüsusiyyətləri var. Budur 12 bürcün qısa xülasəsi:

Qoç (21 mart - 19 aprel): Cəsur, enerjili və liderlik keyfiyyətləri ilə tanınırlar.

Buğa (20 aprel - 20 may): Səbirli, qətiyyətli və həzz almağı sevəndirlər.

Əkizlər (21 may - 20 iyun): Ünsiyyət quran, maraqlanan və uyğunlaşa bilən insanlardır.

Xərçəng (21 iyun - 22 iyul): Onlar emosional, qoruyucu və ailə yönümlüdürlər.

Şir (23 iyul - 22 avqust): Qürurlu, səxavətli və liderlik qabiliyyətinə malikdir.

Qız bürcü (23 avqust - 22 sentyabr): Vasvası, praktik və analitik düşünənlərdir.

Tərəzi (23 sentyabr - 22 oktyabr): Onlar balanslı, zərif və sosialdırlar.

Əqrəb (23 oktyabr - 21 noyabr): Ehtiraslı, qətiyyətli və sirli insanlardır.

Oxatan (22 noyabr - 21 dekabr): Sərgüzəşt, liberal və optimistdirlər.

Oğlaq (22 dekabr - 19 yanvar): Məsuliyyətli, qətiyyətli və nizam-intizamlıdırlar.

Dolça (20 Yanvar - 18 Fevral): Yaradıcı, yenilikçi və müstəqildirlər.

Balıqlar (19 Fevral - 20 Mart): Həssas, xəyalpərəst və empatik insanlardır.

Astrologiya simvollara və mifologiyaya əsaslanır. Hər bir bürcün öz simvolu və mifoloji mənşəyi var. Məsələn, Qoç bürcü döyüşkən və cəsur şimal yarımkürəsinin qoyunlarının simvolunu daşıyır, Qız bürcü isə torpaq işçisinin simvoludur. Bu simvollar bürcün xarakterik xüsusiyyətlərini və şəxsiyyətlərini əks etdirir.


Mənbə: kampustenevar
Tərcümə etdi: Sevil Azər 


Paylaş
Şərh əlavə et