
Hava şarı və ya aerostat-isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə, havada yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsidir.
1785-ci il yanvarın 7-də La-Manş üzərindən ilk hava şarı uçuşu həyata keçirilib.
19 sentyabr 1783-cü ildə qoyun, ördək və toyuq hava şarının ilk sərnişinləri olurlar. 16-cı Lui ilk uçuşun heyvanlarla həyata keçiriləcəyi barədə fərman verdikdən sonra Montqolfier qardaşları Jak Etien və Cozef Mişel kağız və parçadan hazırlanmış şar havaya uçurdular. Balon təxminən 6000 fut yüksəkliyə qalxır və təhlükəsiz yerə enir.
1981-ci ildə sakit okeanı keçən ilk hava şarı: Ben Abruzzo, Larri Nyuman, Ron Klark və yapon Rokki Aoki tərəfindən idarə olunan 13 kameralı Double Eagle IV 84 saat 31 dəqiqədən sonra Naqaşamidən, Yaponiyadan ayrılaraq Kaliforniyadakı Mendocino Milli Meşəsinə endi noyabrın 10-da... Yeni məsafə rekordu müəyyən edilib: 5768 mil.
1984-cü ildə ilk tək nəfərlik Transatlantik şar uçuşu: Joe Kittinger heliumla şişirdilmiş "Rosie O'Grady's Ballon of Peace" ilə Men, Kariboudan İtaliyanın Savona şəhərinə 3535 mil uçdu.
1987-ci ildə Atlantik üzərində ilk isti hava şarı uçuşu: Per Lindstrand və Richard Branson 33 saatda 2900 mil uçaraq, isti hava şarları tarixində yeni rekorda imza atdılar. Balon öz dövrünün ən böyüyüdür, tutumu 2,3 milyon kub futdur.
1988-ci ildə İsti hava şarında ən yüksək məsafə rekordu: Per Lindstrand 65.000 fut hündürlükdə isti hava şarında əldə edilən ən yüksək məsafəyə görə solo dünya rekordu qoyur.
1991-ci ildə Sakit okeanı keçən ilk isti hava şarı: Per Lindstrand və Riçard Branson isti hava şarında Sakit okeanı keçən ilk insanlar oldu. Otsuka Flyer adlı şarlarında 245 mil / saat sürətə çatırlar və 46 saatda 6700 mil qət edirlər. Yaponiyadan Kanadaya uçaraq dünya rekordları qırırlar.
Mənbə: haberturk.com
Tərcümə etdi: Aytac Musayeva
