Bu gün:

Dodaq dolgusu nədir?



Interested in the Botox Lip Flip? Here are 5 things you need to know. -  Kalos Medical Spa


Dodaq dolğusu istənilən dodaq görünüşünü əldə etmək üçün dodaqlara xüsusi dolğuların əməliyyatsız yeridilməsidir.  Orqanizmdə olan təbii bir maddə olan sintetik hialuron turşusundan (HA) ibarət olan dodaq dolgusu insanların dodaqlarını dolğun etməklə yanaşı, dodaq sərhədlərini aydın və simmetrik edir. Qeyri-cərrahi estetik müalicə üsulları arasında yer alan dodaq dolğusunun təsiri müvəqqətidir.  Lakin onun qısa müddətdə tətbiq oluna bilməsi və ağrısız və təkrarlanan prosedur olması dodaq dolğularının populyarlığını artırır.  Bu prosedur nəticəsində insanlar təbii nəticə əldə edə bilirlər. Bundan əlavə, insanların özünə inamını artıraraq bədən imicinin yaxşılaşmasına töhfə verir.  

Yaşlandıqca həcmini itirən və incələşən dodaqlar bu şəkildə daha dolğunlaşır, daha gənc görünüş təmin edir və təbəssüm estetikasına qatqı təmin edir. Dodaq dolgusu və prosedurunda istifadə olunan maddələr təhlükəsizdir. Dodaqlardakı asimmetriyaları və pozğunluqları düzəldir. Dodaqlar həcm qazandıqca dodaq ətrafında qocalma əlamətləri azalır və dodaq ətrafındakı nəmlik artır. Qeyri-cərrahi üsul olduğu üçün heç bir tikiş və ya sarğı tələb olunmur. Qısa prosedurla rahat bir proses təmin edilir və təsiri dərhal görünür. Nəticələr qalıcı olmasa da, təsir uzunmüddətli olur.


Mənbə: memorial
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et