
Psixoloji suallar müxtəlif ölçülərə malikdir. İnsanların şüuraltı düşüncə sistemini işə salır. Niyə hər kəs hirslənəndə fərqli reaksiya verir? Bəzi insanlar reaksiyalarını göstərmədən gündəlik həyatlarına davam edirlər. Hadisə heç olmamış kimi reaksiya vermədən həyatı idarə edirlər. İnsanların emosional tərəflərini tarazlaşdırmaq mümkün ola bilər. Bəzi insanlarda qəzəb hissi ola bilər. Hətta, zorakılığa əl atmaq həddinə çata bilər. Çünki, hadisələrə reaksiyaları daha sərt olur. Niyə sevgimizi göstərmə tərzimiz standart deyil? İnsanları psixoloji cəhətdən sınağa çəkən suallardan biridir. İnsanların sevgi anlayışına yanaşmaları eyni deyil. Bəzi insanlar sevgilərini hərəkətləri və ya sözləri ilə göstərə bilərlər. Amma bəzi insanlar, ümumiyyətlə, reaksiya vermirlər. Emosiyanı ifadə etmək və ya onu hərəkətə keçirmək asan deyil. Onun tərbiyəsi, hadisələrə baxışı fərqlidir. Hər bir fərq fərqli bir nəticə yaradır.
Mənbə:hürriyet.com
Tərcümə etdi:Səmayə Qədirova
