Bu gün:

"Yalnız qoruyucu krem çəkmək yetərli deyil"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının bugünkü qonağı dermotoloq Aygün Mustafayevadır. O, günəş şüalarından qorunmağın yollarından danışıb.

-Günəş şüalarından qorunmaq üçün nələri edə bilərik?

İlk növbədə, günəş şüalarından qorunmaq üçün günəş şüalarının ən çox ziyanlı saatları dediyimiz saat 11 və 4 arası, əsasən də, 11 və günorta saat 1 arası günəşə çıxmamaq lazımdır. Günəşdə olduğumuz zaman günəş şüalarını daha az keçirən bol, açıq rəngli, quru paltarlar geyinməyimiz daha doğru olardı. Baş örtükləridir, şlyapalardır, papaqlardır, bunlar daha bir iri dairə çevrəsində olmalıdır ki, bizim burnumuzu, ənsə nahiyəmizi, göz ətrafımızı, bu hissələri qorusun. Daha sonra günəş eynəkləri, eyni zamanda, keyfiyətli olmalıdır ki, o, bizi işıqların zərərli təsirindən, dəri xərçəngindən qoruya bilsin.

Son illərdə günəş qoruyucu kremlərin bu hallarda istifadəsi çox yayğındır. Amma bir şeyi bilmək lazımdır ki, yalnız günəş qoruyucu krem çəkərək digər qoruyucu önləmlər alınmaması yetərli deyil. Həm digər önləmlər alınmalıdır, həm də günəş qoruyucu kremdən istifadə etmək mütləqdir.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et