Soyuq iqlimlərdə yaşayan bitkilərin donaraq ölməsinə mane olan müxtəlif mexanizmlər var. Qış yaxınlaşdıqda bu mexanizmlər işə düşür və bitkiləri soyuq havaya daha davamlı edir.
Bitkiləri soyuqdan qoruyan mexanizmlərdən biri də qış yaxınlaşdıqca hüceyrə membranlarının tərkibinin dəyişməsidir. Havalar soyumağa başlayanda bitkilərin hüceyrə membranında qısa, doymamış yağ turşularının miqdarı artmağa başlayır. Bu, hüceyrə membranının daha sərtləşməsinin qarşısını alır.
İkincisi, qış yaxınlaşdıqca bitkilər hüceyrə mayesində həll olunan maddələrin miqdarını artırır və hətta dondurmanın qarşısını alan müxtəlif zülallar istehsal edirlər. Bu vəziyyəti avtomobillərdə antifrizdən istifadə etmək və ya yolların donmasının qarşısını almaq üçün duzdan istifadə etməklə müqayisə edə bilərik. Bir mayenin donma temperaturu, ümumiyyətlə, onda həll olunan məhlulun miqdarı artdıqca azalır. Avtomobil antifrizləri donmaq istəməyən mayelərin tərkibində həll olunan maddələrin miqdarını artıraraq onların donma temperaturunu aşağı salır. Buza əlavə edilən duzlar buzla qarışır və daha aşağı temperaturda buzun əriməsinə səbəb olur. Eynilə, hüceyrə mayelərində həll olunan maddələrin miqdarının artması donma nöqtəsinin azalmasına səbəb olur. Beləliklə, bitkilər soyuğa daha davamlı olur.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər