Bu gün:

"Bizim sağ qalmağımız birgə fəaliyyətimizdən asılıdır"- Çjan Minq


İqlim dəyişikliyi problemləri, problemin su qıtlığı kimi nəticələri milli təhlükəsizliyin əsaslarını sarsıda bilər və ŞƏT bunun qarşısını almağa çalışmalıdır, ŞƏT-in baş katibi Çjan Minq Düşənbədə “Su Dayanıqlı İnkişaf üçün 2018-2028” beynəlxalq konfransının plenar sessiyası zamanı bildirib.

"Son illər ŞƏT regionu su ehtiyatları ilə bağlı getdikcə daha ciddi təhlükələrlə üzləşir. Himalay, Tyan-Şan və Pamirdə buzlaqların əriməsi prosesi sürətlənir. Aral dənizinin su ehtiyatları sürətlə tükənir, bütün ölkələrin təhlükəsizliyi və inkişafı üçün fəsadlar getdikcə daha aydın görünür.

Baş katib qeyd edib ki, “Bu kontekstdə ŞƏT-ə üzv dövlətlərin su ehtiyatlarının birgə mühafizəsində birləşmələri zəruridir, bizim sağ qalmağımız bundan asılıdır. Son illərdə ŞƏT əməkdaşlıqda ekologiya və ətraf mühitin mühafizəsinə üstünlük verib və ekologiya, ətraf mühitin mühafizəsi, o cümlədən su ehtiyatları sahələrində daha sıx əməkdaşlıq etmək üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçirib", - Çjan Minq bildirib.
O, ŞƏT-in ətraf mühitin mühafizəsi üzrə məsul nazirlik və qurumlarının rəhbərlərinin bu yaxınlarda Astanada keçirilən iclasında ekoloji məsələlərlə bağlı birgə qərarlar qəbul edildiyini, ŞƏT-in 2024-2026-cı illər üçün “Yaşıl kəmər” proqramının həyata keçirilməsi üzrə tədbirlər planının qəbul edildiyini diqqətə çatdırıb, həmçinin ətraf mühitin mühafizəsi sahəsində ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlıq konsepsiyasının həyata keçirilməsi üzrə 2025-2027-ci illər üçün tədbirlər planı hazırlanıb.

Çjan Minq əlavə edib ki, bu ilin iyul ayında ŞƏT Katibliyi təşkilatın məkanı çərçivəsində 2024-cü il Ekologiya ili elan edildiyi üçün ekologiya üzrə forum təşkil etməyi planlaşdırır.
İyunun 10-dan 13-dək Düşənbədə 100-dən çox ölkədən siyasətçilər, elm adamları, rəsmi şəxslər və ekspertlərin iştirak etdiyi "Su Dayanıqlı İnkişaf üçün 2018-2028" adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilir.

Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et