Bu gün:

Kenquru siçovulunun həyat tərzi



Su həyatın ən əsas kimyəvi maddələrindən biridir. Hər bir canlının bu və ya digər şəkildə suya ehtiyacı var. Ancaq təkamül prosesi boyunca canlılar müəyyən səviyyələrdə susuzluğa müqavimət göstərməyə uyğunlaşdılar. Məsələn, insan susuzluğa orta hesabla maksimum 3 gün dözə bilir, susuzluq isə maksimum 10 gündən sonra ölümə səbəb olur. Dəvələr üçün bu ortalama 15 gün civarındadır və 1 aya qədər davam edə bilər.
Digər tərəfdən, bunlar kenquru siçovulları kimi tanınan siçovulların Dipodomys növləri üçün gülməli rəqəmlərdir. Çünki bu siçovullar həddindən artıq quraq mühitlərdə suya ehtiyac duymadan 5 ilə qədər yaşaya bilirlər.
Bu rəqəm inanılmaz səslənir, bilirik. Bəli, təxmin etdiyiniz kimi, bu siçovullar buna nail olmaq üçün bir az hiylə işlədirlər: metabolik su istehsalı.
Yaşadığı son dərəcə quraq mühitlərə görə inkişaf etmiş böyrək quruluşu sayəsində qidadan aldığı mayelərdəki suyu və bədənindən atılacaq mayelərin demək olar ki, hamısını yenidən bədəninə qaytara bilir. Üstəlik, lazım olduqda maddələr mübadiləsi sürətini azaldaraq tərləmə və su itkisini minimuma endirir.
Daha maraqlısı odur ki, bu siçovulların ömrü 2-5 il arasında dəyişir. Başqa sözlə, kenquru siçovulu ömrü boyu bir dəfə də olsa, su içmədən yaşaya bilər.

Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et