2019 cu ildə aparılan araşdırmaya görə, suların artımı ilə bir çox ölkənin ərazisi sular altında qalacaq və 600 mindən çox əhali öz məskənlərini tərk etməli olacaq.

Alimlərin qənaətinə görə, dəniz səviyyəsinin sürətlə artması davam edərsə, dünyanın ən populyar turizm yerlərindən bəziləri bu əsrin sonuna qədər tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Venesiya
Əvvəldən “su şəhəri” kimi tanınan Venesiya artıq iqlim dəyişikliklərindən və dəniz səviyyəsinin yüksəlməsindən təsirlənməyə başlayıb. Xatırladaq ki, 2019-cu ildə Venesiyada baş verən daşqınlar təqribən 1 milyard avro ziyan vurmuşdu. Ötən ilin iyun ayında da şəhər su basqınına məruz qalmışdı. Alimlərin qənaətinə görə Venesiyada 2050-ci ilə qədər hər beş ildən bir, 2100-cü ilə qədər isə hər beş aydan bir güclü daşqınlar müşahidə olunacaq.
Maldiv adaları
Maldiv adalarındakı quru ərazinin böyük bir hissəsi hal-hazırda dəniz səviyyəsindən bir metrdən az yüksəklikdə yerləşir. Beləliklə, adalar ölkəsi dəniz səviyyəsinin yüksəlməsi prosesinə son dərəcə həssasdır. Alimlər 2100-cü ilə qədər ölkənin dörddə üçündən çoxunun su altında qalacağı təxmin edilir.
Nyu York
Hazırda daşqın yatağının üzərində yerləşən, təxminən 10 milyon əhalisi olan Nyu York da daşqınla üz-üzə qala bilər. Alimlər 2100-cü ilə qədər şəhərdə dəniz səviyyəsinin 1,8 metr artacağını təxmin edir. Xüsusilə şəhərin Bruklin və Kuens kimi aşağı hissələrində on minlərlə insanın öz yerlərindən olacağı deyilir.
Honkonq
Çinin Honqkonq şəhəri hər il təxminən 56 milyon turist qəbul edir. Alimlərin qənaətinə görə, 2100-cü ilə qədər şəhərdə dəniz səviyyəsi 0,6-1,3 m arasında artacaq. Nəticədə daşqınlar əmələ gələcək və xüsusən də dəniz səviyyəsindən aşağıda yerləşən, 8,4 milyondan çox insanın yaşadığı bölgələrdə dağıdıcı təsir göstərəcək.
Dubay
Alimlərin qənaətinə görə, əgər dəniz səviyyəsi 3 metr yüksələrsə, şəhərin infrastrukturunun böyük hissəsi təhlükə altında qalacaq. Dəniz səviyyəsi 9 metrə qədər qalxarsa, Dubay tamamilə su altında qala bilər.
Mənbə: Britannica.com
Tərcümə etdi: Aytac Musayeva
