Sümükləri olmayan heyvanlara onurğasızlar deyilir. Onurğasızlara meduza, ilbizlər, mərcanlar, midyelər, xərçənglər, omarlar və kəpənəklər kimi çoxlu müxtəlif növ heyvanlar daxildir. Bu heyvanlar fiziki xüsusiyyətlərə görə çox fərqli olsalar da, heç bir sümüyə malik olmamaq kimi ümumi xüsusiyyəti paylaşırlar.
Bəzi onurğasızlar digərlərindən daha çox yayılıb və dünyanın bir çox yerlərində rast gəlinir. Meduza və ilbizlər onurğasızların ən çox yayılmış növlərindəndir. Digərləri, məsələn yastı qurdlar, gənələr və lentlər daha gizlidir. Bəzi onurğasızlar, əsasən, quruda yaşayır, digərləri isə həyatlarının çoxunu və ya hamısını okeanlar, göllər, çaylar kimi su mühitlərində keçirirlər.
Meduza yalnız suda yaşayan, lakin bir çox fərqli yaşayış yerlərində rast gəlinən onurğasız növlərdir. Bəziləri isti sulara üstünlük verir və duzlu suda inkişaf edir, bəziləri isə şirin su mühitində vaxt keçirirlər. Meduzaların ölçüləri genişdir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Günay Ələskərova