Bu gün:

Ürəklər həmişə Sevgililər Günü üçün simvol olubmu?


Həm Sevgililər Gününün bir bayram kimi yaranmasının, həm də ürək şəklinin sevgi simvolu kimi istifadə edilməsinin mənşəyi aydın olmadığı üçün şəklin “həmişə” bayram üçün simvol olub-olmadığını bilmək çətindir.

 Ürək simvolunun mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr var. Bəzi nəzəriyyələr simmetrik ürək formasının mənşəyini eramızdan əvvəl VII əsrdə sevginin simvolu kimi ədviyyatlar və doğum nəzarəti üçün istifadə edilən ürək formalı yarpaqla əlaqələndirir, digər nəzəriyyələr isə ürək formasının  ürək şəklinin düzgün göstərilməməsi olduğunu irəli sürürlər. 

 Əvvəlki istifadələr olmasına baxmayaraq, Sevgililər Günü ilə əlaqəli ürəklərin istifadəsi ən azı 17-ci əsrdə İngiltərədə, bayram üçün yazılı və bəzədilmiş kartların mübadiləsi praktikasının daha populyarlaşdığı zamana təsadüf edir. Bunlar əl işi və kommersiya məqsədilə hazırlanmış kartlar idi. Kommersiya sevgililər günü Amerikada 1800-cü illərin ortalarında yaranıb və təxminən 50 il ərzində Cupid və ürək şəkilləri bu bayramla əlaqəli məşhur ikonoqrafiyaya çevrildi.

Mənbə: 411answers.com

Tərcümə etdi: Aysel Aslanova 

Paylaş
Şərh əlavə et