Bu gün:

Nirvana qrupu


Nirvana 1987-ci ildə Vaşinqton ştatının Aberdin şəhərində yaradılan Amerika grunge qrupudur. Gitarada və vokalda Kurt Cobain, bas gitarada Krist Novoselic və nağarada Dave Grohl idi.

1989-cu ildə çıxardığı ilk albomu "Bleach" ilə adından söz etdirməyən qrup, 1991-ci ildə çıxardığı "Nevermind" albomu ilə musiqi dünyasında sözün əsl mənasında yeni bir addım atıb və X nəslinin əsas simalarından biri olub. Billboard 200-də bir nömrəli albom cədvəlində Maykl Ceksonun milyon dollarlıq albomunu taxtdan salıb. Albomun ilk sinqlı olan "Smells Like Teen Spirit" ilk buraxıldığı zaman böyük bir fan bazası yaradıb və tezliklə dünyanın ən populyar mahnılarından birinə çevrilib. Təsiri ilə Amerikada saç metalının populyarlığına son qoyub. 4/4 ritm naxışları, sadə, lakin cazibədar melodiyaları və diqqəti cəlb edən sözləri ilə özünəməxsus üslub yaradan solist Kurt Kobain həm də təlatümlü həyatı və narkomanlığı ilə gündəmə gəlib. Qrup uğurunu 1993-cü ildə "In Utero" albomunu çıxararaq davam etdirib. Qrup 1994-cü ildə Kurt Kobainin ölümündən sonra dağılıb.

Nirvana 1990-cı illərin əvvəllərində "Nevermind" albomu ilə alternativ rok musiqisinin yeni dövrünü açıb. 2009-cu ilin məlumatlarına görə, dünya üzrə 75 milyondan çox albom satıb. Rolling Stone jurnalı qrupu bütün zamanların ən yaxşı 100 qrupu siyahısına əlavə edib.

2014-cü ildə onlar dünya miqyasında Rock/Metal janrından olan sənətçilərin və qrupların daxil olduğu Rock and Roll Hall of Fame klubuna daxil ediliblər.

Mənbə: kralmuzik.com

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et