Bu gün:

Təbii daşlar necə əmələ gəlir?


Təbii daşlar” necə əmələ gəlir, rənglərini necə alırlar?

Geodes: The rocks with a crystal surprise inside! 

Geodlar maraqlı rənglərinə görə bəzək və ya zərgərlik kimi geniş istifadə olunur. Onlar ümumiyyətlə rəngli, nizamsız formalı, içi boş və ya kristalla dolu qaya strukturlarıdır. Onlar vulkanik və ya çöküntü süxurlarında əmələ gələ bilirlər. Digər qayalarda onlar,  ümumiyyətlə hava boşluqlarında baş verir. Bu proses adətən vulkan püskürmələri nəticəsində başlayır və lava hava qabarcıqlarının ətrafında soyuduğu zaman baş verir.


Təsirli və geniş rəng diapazonu geodenin yerləşdiyi mühitdəki minerallardan asılıdır. Geodların tərkibində olan kristallar təbii əmələ gəlmə prosesindən asılı olaraq müxtəlif rənglərə malik ola bilər. Məsələn, kvars mineralından əmələ gələn kristallar şəffaf, ağ, boz, mavi, narıncı, sarı və ya bənövşəyi ola bilər.


Mineral dəmir kristallara qırmızı və ya bənövşəyi rəng verə bilər, titan isə mavi rəngə kömək edə bilər. Nikel və ya xrom yaşıl rəng əmələ gəlməsinə imkan verir və tərkibində manqan olan minerallar çəhrayı kristallar əmələ gətirə bilər. Bu müxtəlif rənglərin çoxu geode daxilində mineralların növündən asılıdır və bu da öz növbəsində ətrafdakı yeraltı şəraitlə əlaqələndirilir.

Natural Gemstone Amethyst Cluster Quartz Crystal Druzy Geode Stone Mineral  Reiki | eBay

Geodların ən məşhur rənglərindən biri bənövşəyidir və bu rəngin ən məşhur nümunəsi ametistdir. Ametist, tərkibindəki manqan mineralının təsiri ilə bənövşəyi rəngə çevrilən kvars kristallarından ibarətdir.


Mənbə: Evrimagacıofficial
Tərcümə edən: Günay Məmmədova

Paylaş
Şərh əlavə et