
Qarın ağrısı olan pişiklərin kürəyini əyərək bu bölgəni qorumağa çalışdıqları da tez tez görülən bir haldır . Bir pişik həmçinin bədəninin müəyyən bir bölgəsinə qarşı ehtiyatlı ola , toxunmaq və ya cızılmaq istəməyə bilər. Bununla yanaşı pişiklər çəki vermək və ağrılı ətraflara basmaq istəməyə bilər, buna görə də axsaya və ya tamamilə gəzməkdən çəkinə bilər. Bu simptomların hamısı ağrı ilə əlaqədardır.
Bəzi pişiklər təbii olaraq bütün həyatları boyunca aqressiv olurlar. Onların aqressivlik səviyyələrinin artıb-artmadığını söyləmək çətin ola bilər, ancaq birdən fısıltı, cızma və dişləmə kimi reaksiyalar göstərən normal dost pişiyin ağrılı olması gözlənilən bir haldır.
Xarakterinin əksinə olaraq ev üzvlərinə qarşı pis rəftar edən bir pişik üçün bu, tək qalmağı xahiş etməyin bir yolu ola bilər.
Mənbə: kedi hekimliği derneği
Tərcümə etdi:Aynur Mikayılova
Mənbə: kedi hekimliği derneği
Tərcümə etdi:Aynur Mikayılova
