Bu gün:

İldırım evə girə bilərmi?


Əgər evinizə ildırım düşsə, minlərlə dərəcə istilik kabellər, antenalar və dəmir vasitəsilə birdən evinizə daxil olacaq. Nəticədə evdəki elektrik əşyaları qısaqapanaraq böyük yanğına səbəb olacaq.

İldırım adətən harada düşür?

İldırım şimşək kimi tanınsa da, buludla yer arasındakı mənfi və müsbət elektrik yüklərinin mövqelərindən asılı olaraq bəzən buluddan yerə, bəzən də yerdən buluda baş verir. İldırım yalnız şaquli inkişaflı bulud olan cumulonimbus (Cb) buludunun mövcudluğunda baş verə bilər.

Cib telefonu ildırımı cəlb edə bilərmi?

Bluetooth qulaqlıqları, cib telefonları, sikkələr və breloklar kimi metallar ildırımı nə işə salır, nə də cəlb edir.

Mənbə: Hukukidestek.net

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et