Sarsılmış körpə sindromu körpəni və ya yeniyetmə uşağı zorla silkələmək nəticəsində yaranan ciddi beyin zədəsidir. Bu, həmçinin ağır kəllə travması, sarsılmış zərbə sindromu, baş zədəsi kimi də tanınır.
Sarsılmış körpə sindromu uşağın beyin hüceyrələrini məhv edir və onun beyninin kifayət qədər oksigen almasına mane olur. Uşaq istismarının bu forması daimi beyin zədələnməsinə və ya ölümünə səbəb ola bilər.
Sarsılmış körpə sindromunun qarşısını almaq olar. Uşağa zərər vurma riski olan valideynlər üçün yardım mövcuddur. Valideynlər həmçinin digər baxıcıları sarsılmış körpə sindromunun təhlükələri haqqında məlumatlandıra bilərlər.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Uşağınızın şiddətli sarsıntıdan yaralandığından şübhələnirsinizsə, dərhal köməkçağırın. 911-ə və ya təcili tibbi yardıma zəng edin və ya uşağınızı ən yaxın təcili yardım otağına aparın. Təcili tibbi yardım almaq uşağınızın həyatını xilas edə və ya ciddi sağlamlıq problemlərinin qarşısını ala bilər.
Səhiyyə mütəxəssisləri qanuni olaraq uşaq istismarı ilə bağlı bütün şübhəli hallar barədə dövlət orqanlarına məlumat verməlidirlər.
Səbəblər:
Körpələrin boyun əzələləri zəifdir və başlarının ağırlığını daşıya bilmirlər. Körpə güclə sarsılarsa, onun kövrək beyni kəllə sümüyünün içərisində irəli-geri hərəkət edir. Bu, göyərmə, şişlik və qanaxmaya səbəb olur.
Sarsılmış körpə sindromu adətən valideyn və ya baxıcı məyusluq və ya qəzəb səbəbindən körpəni şiddətlə silkələdikdə baş verir.
Mənbə: mayoclinic.org
Tərcümə etdi: Rəhimə Cəmilova
