Ağ gülün mənası
Ağ gülün mənası saflıq və məsumluqdur. Evlilikdə, xüsusilə üstünlük verilir.
Qırmızı gülün mənası
Qırmızı gülün nə demək olduğunu təxmin etmək çətin deyil. Sevgi, ehtiras və cəsarətdir. Sevgilinizə və ya həyat yoldaşınıza hədiyyə olaraq seçim edə bilərsiniz. Sevginin simvoludur.
Çəhrayı gülün mənası
Çəhrayı gülün mənasının ağ və qırmızı güllərin qarışığı olduğunu söyləyə bilərik. Eynilə rəngləri qarışdırmaq kimi. Məsumluq, zəriflik, şirinlik mənaları daşıyan çəhrayı güllər nazlılığı və şirinliyi ilə sizi heyran edən birinə verilə biləcək bir növdür. Sizi sanki ilk dəfəymiş kimi həyəcanlandıran ilk sevgilərə və ya məsum hisslərə bərabərdir.
Sarı gülün mənası
Sarı gülün mənası digər rənglər kimi məsum deyil. Bu, qısqanclıq və ayrılıq deməkdir. Bu məlumat alman ənənələrinə əsaslanır. Amma sarı güllər sizdən dostunuza hədiyyədirsə, problem yoxdur. Bu, sadəcə olaraq sizin dostluğunuzu və öhdəliyinizi ifadə edir.
Mavi gülün mənası
Mavi güllər təbiətdə yaranmır. Bu səbəbdən də digərlərindən daha xüsusi və nəcib bir çiçək olduğunu söyləyə bilərik. Rəngi və nadirliyi sayəsində mənəviyyat və nəcibliyi simvollaşdırır. Hər kəsə hədiyyə edilə bilər. “Sən mənim üçün çox xüsusisən!” mənasını verər.
Güllərin sayına görə mənaları:
1 gülün mənası nədir?
1 gülün mənası özünü xüsusi hiss etməkdir. Bu gülün qəşəng görünməsi üçün gözəl qutuda təqdim edilməlidir. Bu şəkildə qarşı tərəfə “Sən mənim üçün çox dəyərlisən” deyə bilmək olar. Gülün qablaşdırılması vacibdir, əks halda pis təəssürat yaradacaq.
2 gülün mənası nədir?
2 gül insanın sevgi ilə münasibətə sadiq olduğunu simvollaşdırır. Bu ssenaridə güllərdən biri sən, digəri isə odur. Ancaq bu vəziyyət də 1 gül kimi pis təəssürat yarada bilər. Bu, digər insanın nə gözlədiyindən asılıdır. Qazanla birlikdə 2 qızılgül vermək daha məqsədəuyğun və risksiz olardı.
6 gülün mənası nədir?
Münasibətlərdə ciddi bir səviyyəyə çatmısınızsa, ona 6 gül alın və "ömrümün sonuna qədər sizinlə olmaq istəyirəm" deyin. Bu mesajı verə bilərsiniz.
12 gülün mənası nədir?
12 gül "qarşılıqlı sevgi" deməkdir.
24 gülün mənası nədir?
24 gülün mənası günün 24 saatı olması ilə bağlıdır.
50 gülün mənası nədir?
50 gül çox iddialı bir rəqəmdir. 50 güllə "Səni sevirəm və səni sonsuza qədər sevməyə davam edəcəyəm"-demək olar.
101 gülün mənası nədir?
Bütün gül mənaları bir yana, 101 gülün mənası bir yana. Onun mənası belədir: "Bu yüz gül sənin üçündür, qalan 1 gül də sənsən, əzizim."
200 gülün mənası
200 gül "Mənimlə evlənərsən?" deməkdir.
1001 gülün mənası
1001 gül əbədi sevginin simvoludur. Qovuşa bilməyən sevginin mümkünlüyü, həm də birlikdə olan sevginin əbədiliyidir.
Güllərin sayı artdıqca insanın sevgisinin böyüklüyünün artdığını göstərir. Təbii ki, gül adətləri ilə sevgini göstərmək mümkün deyil. Ancaq həyatınızdakı insanı xoşbəxt etmək üçün belə gözəl sürprizlər həmişə lazımdır.
Mənbə: Heryerbitki
Tərcümə etdi: Aminə Paşazadə
