Bu gün:

“Konsertimin hər anı sürprizlərlə doludur" - Mustafa Sandalla müsahibə


Türkiyəli tanınmış müğənni, bəstəkar və aktyor Mustafa Sandal 10 mayda baş tutacaq konserti üçün Bakıya gəlib. O, Heydər Əliyev adına Hava limanında jurnalistlərin suallarını cavablayıb:

Salam, xoş gəldiniz, necəsiniz?

Çox sağ olun, təşəkkürlər. Burada olduğum üçün çox xoşbəxtəm. Düşünürəm ki, bunu deməyə artıq ehtiyac yoxdur.

Sabahkı konsertdə sürprizlər olacaqmı?

Mənim konsertimin hər anı sürprizlərlə doludur. Hər an qarşınıza nəyin çıxacağını bilə bilmərik.

Azərbaycana səyahətiniz çərçivəsində nə kimi planlarınız var?

Əlbəttə ki, şəhəri gəzib-dolaşacağıq. Çünki bu şəhər daim inkişaf edir, yenilənir. Mən də hər gəlişimdə təzə nəsə varmı deyə Bakını gəzirəm.

30 ildir ki, bu sənətdəsiniz. Zirvədə qalmağın sirri nədir?

Mən deyərdim ki, həyata pozitiv baxa bilmək və daim pozitiv qalmaq bunun sirridir. İnsanlarla gözəl münasibətlər qurmaq, onlara dəyər vermək, anı yaşamaq, məşğul olduğun işi sevmək, bir az da özünə yaxşı baxmaq da buna daxildir.

Biz uşaqlıqdan bəri eyni Mustafa Sandalı görürük. Bu necə olur?

Deyərdim ki, “gecələr soyuducuda qalıram”. Təbii ki, idman edir və bununla yanaşı bir çox şeylərə diqqətlə yanaşıram.

Sabahkı konsertiniz əvvəlkilərdən nə ilə fərqlənəcək?

Əgər mənim konsertimə gəlmisinizsə, bunu çox gözəl bilirsiniz ki, böyük bir enerji ilə səhnəyə çıxıram və bu enerji hər zaman yeni və dinamik olur.  Zaman-zaman repertuarın dəyişdiyi, fərqli mahnıların və spontan çıxışların olduğu bir konsert ola bilər. Çünki sabahkı konsertə gələnlər, onsuz da, Youtube və Spotify-dan mənim mahnılarımı dinləyirlər. Buna görə də, konsertə gələnlərin fərqli bir şeylər yaşamasını istəyirəm.

Evlilik necə gedir?

Allaha şükür, yaxşı gedir.

Sabahkı konsertdə “onun arabası” mahnısını oxuyacaqsınız?

 O mahnısız konsert olmaz.

Azərbaycanlı müğənnilərdən kimlərin üslubunu özünüzə yaxın bilirsiniz?

Dünyanın fərqli yerlərindən müxtəlif müğənnilər dinlədiyim üçün arxiv repertuarıma baxmalıyam. Çünki adları xatırlamaya bilərəm.

Məryəm Abdullazadə

Fərahim Rzazadə

Xədicə Qiyas

Paylaş
Şərh əlavə et