Bu gün:

Zakkum ağacları


Zakkum ağacları dörd fəsildə yaşıl qalan yarpaqları, maydan oktyabr ayına qədər açıq qalan çəhrayı və ağ çiçəkləri ilə təbiətin ən gözəl görüntülərindən birini təqdim edir.  Yaşıllaşdırma işlərində mülayim iqlimi olan bölgələrdə özbaşına böyüyə bilən oleander ağaclarından da istifadə olunur. Bu adların işlədilməsinin səbəbi zakkumun zəhərli olmasıdır və Quranda cəhənnəm əhlinin yeməyinin zakkum ağacı olacağı bildirilir.  Oleander ağacları hündür deyil. Onlar hündürlüyü 5 metrə qədər böyüyən kiçik ağaclardır. Təbiətdə böyüdüyü üçün onu yollarda və açıq sahələrdə görmək olur.  Parklar və bağlar kimi ərazilərin yaşıllaşdırılması məqsədi ilə də yetişdirilə bilər. Oleander ağacının Latın adı "nerium oleander" dir. 

Oleander ağacının xüsusiyyətləri 


Çox davamlı ağac olan oleander tez böyüyür.  Demək olar ki, hər cür torpaq növünə uyğunlaşa bildiyi üçün ona qulluq etmək asandır. Onun sevimli torpaq növü allüvial torpaqdır.  Quraqlığa ən yüksək müqavimət göstərən bitkilərdən biri də oleanderdir.  Onun müsbət cəhətlərindən biri də mənfi dərəcə soyuqlara belə dözə bilməsidir. Oleander ağaclarının çiçəklərinə baxmaq çox gözəl olsa da, meyvələri zəhərlidir. Bu səbəbdən zakkum yetişən yerlərdə insanların şüurlu hərəkət etməsi lazımdır. Xüsusilə də, bu ağaclara qulluq edən və budanan insanlar diqqətli olmalıdırlar. Oleander ağacını nə vaxt əkmək lazımdır? 

Zakkum ağacının tumurcuqları yay aylarında kökündən kəsilərək suya buraxılır. Payızda da əkilə bilər. Oleander ağacları Ege, Aralıq dənizi və Mərmərə Bölgələrinin sahil bölgələrində böyüyür, çünki onlar mülayim iqlimi sevirlər. Çiçəklərinin gözəlliyinə və həmişəyaşıl təbiətinə görə yaşıl ərazilərdə tez-tez istifadə olunur. 


Mənbə:hüriyyet


Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et