Bu gün:

İldırımdan qorunmaq üçün nə etməliyik?



İldırım vurması can və mal itkisinə səbəb ola biləcək təhlükəli təbiət hadisəsidir.


Bəs ildırım necə vurur?


Meteorologiya Regional Meneceri Ahmet Kocaman, "Meteorologiyada cumunonimbus dediyimiz şey elektrik yüklüdür. İldırım bu buluddan ibarətdir. Elektrik bu buluddakı hava cərəyanları və aşağı-yuxarı hava sirkulyasiyası səbəbiylə meydana gəlir. Bu elektrik boşaldılmalıdır. Elektirik boşalmasının növü, buludan havaya və buluddan yerə kimi təsnif edilir .

İldırımlar daha çox yaz aylarında baş verir.


Kocaman bildirir ki,  "Yuxarı səviyyədə soyumanın və yerdəki isinmənin güclü olduğu qeyri-sabit havalarda baş verən hadisədir. Göy gurultusu, tufan, tornado və şimşək dediyimiz hadisələr də bu buludun olduğu qeyri-sabit havalarda baş verir”.


İldırımdan qorunmaq üçün nə etməliliyik?


Ahmet Kocaman həmçinin qeyd edir ki,  " İldırım çubuğunu minarələrə və hündür göydələn tipli binalara qoya bilərik. Başqa bir qorunma üsulu açıq ərazilərdə ağaclardan və sivri tikililərdən uzaq durmaqdır. Qruplar halında olmamalıyıq. Belə riski azalda bilərik. Ayrı-ayrılıqda oturmaq və ya çömbəlmək , hədəfi kiçik etmək və açıq ərazilərdə qalmaq da təhlükəsiz üsullardan biridir." "Evdəyiksə, bu cür hava hadisələri zamanı elektrik cihazlarından çox istifadə etməməliyik".

Meteorologiya leysan yağış barədə xəbərdarlıq etdikdə ildırım vurma riski artır.




Mənbə:trthaber.com

Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et