
Niyə buludlar altıbucaqlı əmələ gətirir?
İlk dəfə 1980-ci illərdə Saturnun Voyager uçuşu zamanı kəşf edilən bu formasiya Günəş sisteminin başqa heç bir yerində tapılmayıb. 2012-ci ilin sonlarında Saturnun uzaq şimalının ilk günəşli şəkillərini çəkən Cassini kosmik gəmisinin geniş bucaqlı kamerası halqalı planetin şimal qütbünün bu təəccüblü, saxta rəngli şəklini çəkdi. Yaxın infraqırmızı təsvir məlumatlarından ibarət kompozisiya aşağı buludlar üçün qırmızı, yüksək buludlar üçün isə yaşıl çalar yaradır və Saturnun bulud mənzərəsinə canlı görünüş verir. Bu və buna bənzər şəkillər Voyagerdən 20 il sonra belə altıbucaqlının sabitliyini göstərir. Saturnun Şimal Qütbünün şəkilləri fırlanan zaman altıbucaqlının quruluşunu qoruyan bulud quruluşunu göstərir. Yerdə ayrı-ayrılıqda tapılan altıbucaqlı bulud quruluşundan fərqli olaraq, Saturnun bulud modelinin təxminən bərabər uzunluqda altı fərqli kənarı var. Bu altıbucaqlının içərisinə dörd Yer sığa bilər. Yuxarı sağ tərəfdəki bulud zirvələrindən kənarda, planetin heyrətamiz halqalarının qövsləri parlaq mavi rəngə boyanmışdır.
Mənbə: Evrimağacıofficial
Tərcümə etdi: Günay Məmmədova
