Bu gün:

Okeanlar nə qədər dərindir?


Günümüzə kimi, okeanların yalnız 5 faizi elm tərəfindən kəşf edilmişdir. Dalğıcın okeanda gedə biləcəyi maksimum dərinlik isə 40 metrdir. 

Okeandakı ən böyük bilinən kanyonun dibi 1828 metrdir. Okeanların ümumi orta dərinliyi isə 4267,dünyanın ən yüksək zirvəsi olan Everestin hündürlüyü isə 8850 metrdir. Böyük okeandakı Guam Adasının cənub-qərbində, Yaponiya ilə İndoneziya arasında yerləşən, dünyanın ən dərin bilinən nöqtəsi olan Mariana çökəkliyinə enən Ceyms Kemeronunun çatdığı ən dərin nöqtə 10.898 metr olub və orda qəribə canlılar gördüyünü söyləyib.

Don Uolş və Jak Pikard isə 1960-cı ildə Mariana çökəkliyinin 10.994 metr dərinliyində eniblər. Mariana çökəkliyinin dərinliyi isə 11.034 metr olaraq bilinir.

Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

 

Paylaş
Şərh əlavə et