Bu gün:

İsrailin Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı açıqlanıb


Qəzza zolağında 2023-cü ilin oktyabrından bu yana İsrailin həyata keçirdiyi əməliyyatlarda həlak olan fələstinlilərin sayı 36 400-ü keçib.

"İsrail təcavüzünün qurbanlarının sayı 2023-cü ilin oktyabr ayından indiyədək 36 439 nəfərə çatıb. 82 627 nəfər yaralanıb", - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, son sutka ərzində 60 fələstinli həlak olub, 220 nəfər isə yaralanıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının silahlıları Qəzzadan İsrail ərazisinə qəfil hücum edərək İsrail sərhədində yerləşən yaşayış məntəqələrinin sakinlərini öldürdükdən və 240-dan çox insanı girov götürdükdən sonra Yaxın Şərqdə gərginlik yenidən alovlandı. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi qanadlarını məhv etmək və bütün girovları azad etmək üçün Fələstin anklavında hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonlarında Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs əldə edildi. İsrailin məlumatına görə, bu müddət ərzində 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozuldu və döyüş əməliyyatları bu günədək davam edir. 


Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et