Rusiyanın Komi vilayətinin Uxta şəhərində neft emalı zavodunda baş verən yanğın nəticəsində ölənlər var, regional istintaq orqanlarının bəyanatında deyilir.

“Bölgə İstintaq Komitəsinin Uxta şəhərindəki şöbəsi Rusiya Cinayət Məcəlləsinin 217.3-cü (təhlükəli istehsalat obyektində təhlükəsizlik tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıb. Uxta neft emalı zavodunda çən yanğını müstəntiqlərin fikrincə, podratçı təşkilat tərəfindən aparılan adi təmir işləri zamanı baş vermiş yanğın insan tələfatına səbəb olub”, - deyə məlumatda bildirilir.
İstintaqçılar yanğının başvermə səbəblərini və təhlükəsizlik qaydalarını pozanların müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
