Bu gün:

Dünyadakı qitələr ayrılmasaydı, nə baş verərdi?



Bir zamanlar dünya Pangeya adlı bir qitədən ibarət idi.  Ancaq Pangeya parçalandı və indi bildiyimiz kimi Yerin meydana gəlməsi ilə nəticələndi.

Bu gün tanıdığımız yeddi qitə əvəzinə Pangeya adlanan yalnız bir böyük torpaq sahəsi var idi. Bununla birlikdə, təxminən 175 milyon il əvvəl, Yer qitələrə bölündü və Dünya olaraq tanıdığımız ərazini meydana gətirdi, amma bu heç olmasaydı, həyat necə olardı?
Birincisi, bu gün hansısa əraziyə çatmaq üçün dənizi və ya okeanı keçməli olduğunuz bir şəhər və ya ölkə olmazdı. Quru yol ilə hər yerə gedə bilərsiniz. Bütün dünya kiçik bir şəhər kimi olardı və yalnız bir gün ayıraraq bir neçə ölkəni gəzə bilərdiniz. Onun köməyi ilə bütün ölkələrin yeri və sərhədləri dəyişəcəkdi. Sərhədlər olmazdı, çünki bu gün qonşu olan ölkələr artıq qonşu olmayacaqlardı. Buözü ilə çoxlu həllolunmaz problemlər gətirərdi. Sərhədlər arasındakı fikir ayrılıqları belə indikindən daha ciddi problemlərə səbəb ola bilərdi. Vahid və nəhəng kontinental iqlim də təsir edərdi. Qitənin içərisində  qalan ərazilər yağış, okean və dənizlərdən azad olacağı üçün daxili ərazilərdə yaşamaq olduqca çətin olardı. Pangeyanın böyüklüyü suyun içəri girməsini çətinləşdirərdi. Ancaq Pangeyanın suya yaxın olan hissəsində meşələr olardı . Bunlar yaşamağın daha asan və daha çox heyvan müxtəlifliyinin olacağı imkanı yaradardı. Pangeya heyvan növlərini də təsir edərdi. Heyvanların təkamülü, şübhəsiz ki, çox fərqli olardı və ehtimal ki, bəzi heyvanlar, ümumiyyətlə, mövcud olmazdı.

Mənbə:Habertürk
Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et