“Avropa İttifaqının Rusiyaya Çindən silah tədarük etdiyinə dair heç bir sübut yoxdur”,- bokun xarici siyasət rəhbəri Josep Borrell Sinqapurda keçirilən forumda bildirib.
“Çin Rusiyaya silah tədarük etməmək qərarına gəlib və bunun baş verdiyinə dair əlimizdə heç bir dəlil yoxdur. Ancaq silahlar və silah olmayanlar arasında dəqiq bir xətt yoxdur, çünki ikili istifadəsi ola biləcək şeylər var",- o deyib
Bununla belə, Borrell iddia edib ki, Qərb ölkələrində, o cümlədən ABŞ, Avropa və Böyük Britaniyada istehsal olunan komponentlər Rusiya hərbi texnikasının istehsalında istifadə oluna bilər.
Pekin daha əvvəl bəyan etmişdi ki, Vaşinqtonun Ukrayna münaqişəsini qızışdırmaqda təqsirkardan yayınması mövcud böhranı həll etməyəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Çinin Rusiyaya silah verməsi ilə bağlı ittihamları rədd edib. "Çin hər zaman hərbi məhsulların ixracı ilə ehtiyatlı və məsuliyyətli davranıb və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir", - o vurğulayıb.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
