Niyə tərəzi dəmir və pambığın bərabər kütlələrini fərqli çəkir?

Dəmir və pambığı eyni tərəzi ilə qravitasiya sürətinin tam eyni olduğu nöqtədə çəksəniz belə, onların çəkiləri fərqli olacaq! Bəs, necə?

Dəmir və pambığı eyni tərəzi ilə qravitasiya sürətinin tam eyni olduğu nöqtədə çəksəniz belə, onların çəkiləri fərqli olacaq! Bəs, necə?
Bu, kütlə və ya qravitasiya sürətlənməsi ilə bağlı deyil. Bu tərəzilərin iş prinsipidir. Siz tərəzi üzərində dayandığınız zaman sizə “kiloqram” dəyərini versə də, tərəzinin əslində ölçdüyü vahid “kiloqram-qüvvə” vahididir. Buna görə də tərəzilər yükün onlara vurduğu qüvvəni ölçür və onu kiloqrama çevirir.
Beləliklə, cazibə sürəti tam olaraq eyni olarsa, fərqli dəyərləri necə ölçmək olar?
Üzmə qabiliyyətinə görə!
Üzmə qabiliyyəti, adətən, mayelərlə əlaqələndirdiyimiz xüsusiyyət olsa da, əslində bütün mayelərə aiddir.
Hava maye olduğundan, qaldırıcı qüvvəyə malikdir. Belə ki, hava, dəmirə, bədəninizə və pambığa yuxarıya doğru güc tətbiq edir. Bu, tərəziyə doğru (aşağıya) hərəkət edən çəki qüvvəsini təsir edir və azaldır. 1 kilo pambığın həcm və səth kəsik xüsusiyyətləri 1 kilo dəmirinkindən fərqli olduğu üçün ona təsir edən qaldırıcı qüvvə də fərqli (və dəmirdən daha böyük) olacaqdır.
Beləliklə, kütlələri tam eyni olsa belə, 1 kilo dəmir əslində 1 kilo pambıqdan daha ağır "çəkəcək".
Mənbə: Evrimağacıofficial
Tərcümə etdi: Günay Məmmədova
