
"Günəşimizə nə oldu?" Cavab əslində sadədir - "Çox qəribə bir şey olmadı, sadəcə bir filament atdı".
2012-ci ilin ortalarına doğru, uzun müddət davam edən günəş filamenti qəfildən kosmosa atıldı və enerjili tac kütləsi atılması (CME) əmələ gəldi. Filament Günəşin daim dəyişən maqnit sahəsi tərəfindən günlərlə gizlədilmişdi və partlayışın vaxtı gözlənilməz idi. Günəşin ətrafındakı orbitdə "Günəş Dinamikası Rəsədxanası" tərəfindən yaxından izlənilən partlayış elektronları, ionları Günəş sisteminə səpələdi, bəziləri üç gün sonra Yerə çatdı və müşahidə oluna bilən auroralara səbəb oldu. Aktiv sahəni əhatə edən plazma halqaları, ultrabənövşəyi görüntüdə partlayan filamentin üstündə görünə bilər. Günəşimiz yüklü hissəciklərin kosmosa atılmasına imkan verən çoxsaylı tac dəlikləri yaradaraq, 11 illik dövrünün ən aktiv dövrünə yaxınlaşır. Əvvəlki kimi bu yüklü hissəciklər auroralar yarada bilir.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Məmmədova Günay16:21
