Bu gün:

Qatardan uçan təyyarədə turbulentlik zamanı 12 nəfər yaralanıb


"Qatar Airways"-in Dohadan İrlandiyaya uçan təyyarəsində 12 nəfər turbulentlik zamanı yaralanıb, Dublin hava limanı bazar günü bildirib ki, təyyarə planlaşdırıldığı kimi təhlükəsiz eniş edib.

Hava limanından verilən məlumata görə, QR017 reysi, Boeing 787 Dreamliner, Dublin vaxtı ilə saat 13:00-a az qalmış yerə eniş edib.

"Eniş zamanı təyyarə Türkiyə səmasına turbulentliyə məruz qaldıqdan sonra göyərtəsində olan 6 sərnişin və 6 ekipaj üzvü xəsarət alması səbəbindən Hava Limanı Polisi və Yanğın və Xilasetmə departamentimiz də daxil olmaqla təcili hərəkətə keçib", - Dublin Hava Limanı bəyanatında deyilir. 

İrlandiyanın RTE telekanalı hava limanına gələn sərnişinlərə istinadən bildirib ki, hadisə yemək və içki xidməti zamanı 20 saniyədən az müddətdə baş verib.

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et