BMT-nin miqrasiya agentliyinin xilasetmə işləri Papua Yeni Qvineyada baş verən kütləvi sürüşmə nəticəsində 670-dən çox insanın öldüyünü güman edir. 
Papua-Yeni Qvineya mediası cümə günü baş verən sürüşmə nəticəsində 300-dən çox adamın həyatını itirdiyini açıqlamışdı. Lakin 48 saatdan çox vaxt keçdikdən sonra Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bildirib ki, dağıntıların tam miqyası hələ də bəlli deyil və davam edən təhlükəli şərait yardım və xilasetmə səylərinə mane olduğundan, ölənlərin sayı iki dəfədən çox ola bilər.
İndiyədək dağıntılar altından cəmi beş cəsəd çıxarılıb.
Agentliyin Papua Yeni Qvineyadakı missiyasının rəhbəri Serhan Aktoprak elektron poçtla verdiyi açıqlamada, agentlik ölənlərin sayı ilə bağlı təxminlərini Enqa əyalətindəki Yambali kəndində cümə günü baş verən sürüşmə nəticəsində 150-dən çox evin çökdüyünü bildirən rəsmilərin verdiyi məlumatlara əsaslanaraq bildirib.
"Torpaq hələ də sürüşür, qayalar uçur, daimi artan təzyiq nəticəsində torpaq qruntları çatlayır və qrunt suları axır ki, bu da ərazidə hər kəs üçün həddindən artıq risk yaradır", - Aktoprak bildirib.
Mənbə: Reuters.com
Tərcümə etdi: Bənövşə Bağırova
