Cənubi Amerikanın ən böyük qum təpələrinə ev sahibliyi edən Huacachina Perunun İca şəhərində sonsuz qum dənizinin ortasında palma ağacları ilə örtülmüş yamyaşıl vahədir.

İnka dilində "ağlayan gənc qadın" mənasını verən Huacachina sözünün mənşəyi ilə bağlı bir çox müxtəlif əfsanələr var və bunlardan ən məşhuru, sonradan bir şahzadəyə aşiq olan gənc şahzadənin göz yaşlarının axıdılmasıdır. şahzadənin qəfil ölümü səhranın ortasında vahə yaradıb. Əfsanə kifayət qədər dramatik səslənsə də, bu iki hektarlıq vahəni hər il on minlərlə turist ziyarət edir.
Huacachinaya gediş:
Siz Lima vasitəsilə Peru Dövlətinin milli mədəni irs siyahısında olan Huacachina'ya gedəcəksiniz. Siz avtobuslara minib, Sakit Okeanın heyrətamiz mənzərələri ilə beş saatlıq səyahətə çıxacaqsınız. Ica'ya çatdıqdan sonra Huacachina'ya gediş üçün taksi və moto taksi ilə gedə bilərsiniz.
“Bir vahədə nə etmək olar?” deməyin
Huacachina hər yerdə gəzə biləcəyiniz olduqca kiçik bir yerdir, lakin burada çox əyləncəli fəaliyyətlər var. Bunlardan ən məşhurları qumda sörfinq və 4X4-lər arabası kimi sürülmüş təpələri məhv edə biləcəyiniz turlardır. Qumda sörfinq üçün iki seçim var. Qəsəbədən icarəyə götürdüyünüz taxtalarla qum təpələrinə dırmaşıb istədiyiniz kimi sürüşə bilərsiniz, amma səhranın ortasında on metrlərlə təpənin zirvəsinə qalxmaq bir az çətindir. Başqa bir seçim isə qum təpələrinə təşkil edilən turlardan birinə qoşulmaq və onlara maşınla çatmaqdır. Təbii ki, hansını seçsəniz, sandboardingdən sonra mütləq peşman olmayacaqsınız.
Qumlar ilə rəqs
Səhra üçün xüsusi olaraq hazırlanmış arabalarla maraqlı dune turları olduqca kələ-kötürlü yollardan keçir. Səyahət zamanı bir qumdan digərinə keçən zaman sakit qalmaq asan deyil, lakin tur həqiqətən adrenalin mənbəyidir. Nəqliyyat vasitələrinin sürücüləri iştirakçıların qışqırtılarına məhəl qoymayaraq, sıldırım təpələrdən tam sürətlə enərək hərəkətlərini davam etdirirlər. Əgər siz Huacachina'ya getmək və bu turlardan birinə qoşulmaq istəyirsinizsə, şəxsi əşyalarınızı özünüzlə aparmaq pis fikir deyil, çünki tur zamanı papağınızın və gün eynəyinizin itməsi ehtimalı yüksəkdir. Həmçinin qumun ağzınıza girməsindən qorunmaq üçün özünüzlə bandana və ya şərf götürməyi unutmayın.
Günəşin qızıl işıqları
Huacachinada ən gözəl mənzələrədən biri də günəşin batmasıdır. Gün batımı zamanı çoxlu şəkillər çəkə bilər, mənzərənin altında musiqilər oxuya, əylənə bilərsiniz. Peruya gedən zaman mütləq Huacachinanı da ziyarət etməyi unutmayın.
Mənbə: onedio
Tərcümə etdi: Aytac Musayeva
