
İnsanlardan başqa bütün canlıların səsi bir-birinə bənzəyir. Ancaq insan səsi fərqlidir, çünki hər bir insanın səsi fərdidir.
Öz səsimiz, ailəmizin və tanışlarımızın səsi ancaq həmin şəxsə aiddir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda, telefona cavab verən kimi telefondakı insanın səsini “salam” sözündən tanıyırıq.
Necə olur ki, səsin əmələ gəlməsinə xidmət edən orqanlar və hava kimi amillər eyni olmasına baxmayaraq, hər insanın səsi fərqlidir?
Allahın insanlara bəxş etdiyi xüsusi nemət olan səs və nitq ətraf mühitlə ünsiyyət qurmaq, sevinc, kədər kimi hissləri, fikirləri, müxtəlif səs tonlarından istifadə edərək ifadə etmək üçün yeganə yoldur. İnsan səsi çox müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.
Səsimizi bənzərsiz edən xüsusiyyətlər
Bu günə qədər yaşamış, yaşayan və yaşayacaq milyardlarla insan bir-birindən fərqli səs tonlarına malikdir. Bu, əlbəttə, Allahın insanlara lütf kimi bəxş etdiyi böyük nemətdir. Çünki bu nemət insanlar arasındakı ünsiyyəti asanlaşdırır, bir-birlərini görməsələr də, səslərindən tanıyırlar. Bundan əlavə, insanlar fərqli səs tonlarına görə mahnı dinləyib zövq alırlar.
Səsimizi özünəməxsus edən mexanizm eynilə motorlu cihazların ətrafındakı hava girdablarının səs çıxarması kimi işləyir. Bu barədə Sinsinati Universitetindən tibb elmləri doktoru Sid Kosla və tədqiqat qrupu reaktiv təyyarələr üzərində uzunmüddətli tədqiqatlar aparıb və bu nəticəyə gəliblər:
Ağciyərlərdən çıxan hava axını qırtlaq boyu eynilə səs motorlarındakı kimi hava girdabları əmələ gətirərək səs çıxarır. Fırlanan tüstü halqalarına bənzəyən bu hava girdabları hər insanda müxtəlif tona malik səslərə çevrilir. Ancaq bu girdabların əmələ gəlmə mexanizmi çox mürəkkəbdir.
İnsanın səsin əmələ gəlmə mexanizmi haqqında məlumatı və səsinin əmələ gəlməsində heç bir rolu yoxdur. Hər bir insana məxsus səs, əlbəttə, Allahın yaratma sənətindəki ağılın üstünlüyünü göstərir.
Mənbə: haberturk.com
Tərcümə etdi: Aytac Musayeva
