Günəş sistemində 8 planet var. Bəziləri kiçik və qayalı, digərləri böyük və qazlıdır. Bəziləri o qədər isti olur ki, metallar səthdə əriyir. Digərləri dondurucu soyuqdur.

Merkuri
Günəş sistemimizdəki ən kiçik planetdir. O, Yerin Ayından bir qədər böyükdür. Merkurinin peyki yoxdur. Günəşə ən yaxın planetdir, amma ən isti planet deyil. Venera daha istidir.
Yer və Mars kimi Merkuri qayalı planetdir. Kraterlərlə örtülmüş möhkəm bir səthə malikdir. Atmosfer əvəzinə Merkuri günəş küləyinin səthindən atdığı atomlardan və çarpan meteoroidlərdən ibarət nazik ekzosferə malikdir. Merkurinin ekzosferi əsasən oksigen, natrium, hidrogen, helium və kaliumdan ibarətdir.
Venera
Günəşə ən yaxın planet olmasa da, ən isti planetdir. Karbon qazı və sulfat turşusundan ibarət buludlarla dolu qalın bir atmosferə malikdir. Qaz istiliyi saxlayır və Veneranı ən isti planet edir.
Yer
Bizim ana planetimiz Yer qayalı, yerüstü planetdir. Dağlar, dərələr, kanyonlar, düzənliklərlə mövcuddur və aktiv bir səthə malikdir. Yer okean planeti olduğu üçün xüsusidir. Su Yer səthinin 70%-ni əhatə edir.
Mars
Mars soyuq səhra dünyasıdır. Marsda orta temperatur mənfi 85 dərəcə Fahrenheit - donmadan çox aşağıdır. Yerin yarısı qədərdir. Mars bəzən Qırmızı Planet adlanır.
Yer kimi, Marsın da fəsilləri, qütb buz örtükləri, vulkanları, kanyonları və havası var. Əsasən karbon qazı, azot və arqondan ibarət çox nazik bir atmosferə malikdir.
Yupiter
Günəş sistemimizdəki ən böyük planetdir. O, ulduza bənzəyir, lakin heç vaxt yanmağa başlayacaq qədər kütləsi olmayıb. O, fırlanan bulud zolaqları ilə örtülmüşdür. Yupiter qaz nəhəngidir və bərk səthə malik deyil. Yupiterin daha dərinliyində bərk materialdan ibarət mərkəzi nüvəyə sahib olub-olmaması və ya onun qalın, çox isti və sıx bir planet olması hələ də aydın deyil.
Saturn
Halqaları olan yeganə planet deyil, lakin onun çox gözəl halqaları var. Gördüyümüz halqalar Saturnu əhatə edən kiçik halqa qruplarından ibarətdir. Onlar buz və qaya parçalarından ibarətdir. Yupiter kimi, Saturn da əsasən hidrogen və helium topudur.
Uran
Kiçik bir qayalı mərkəzin üstündə su, metan və ammonyak mayelərindən ibarətdir. Atmosferi Yupiter və Saturn kimi hidrogen və heliumdan ibarətdir, lakin metan da var. Metan Uranın mavi görünməsinə səbəb olur.
Neptun
Günəş sistemimizdə səkkizinci və ən uzaq planetdir. Qaranlıq, soyuq və səsli küləklərin çırpdığı buz nəhəngi Neptun Günəşdən, Yerdən 30 dəfə çox uzaqdadır.
Mənbə: Nasa.com
Tərcümə etdi: Dəniz Quliyeva
