Bu gün:

Keniyada qızıl mədəninin çökməsi nəticəsində 5 nəfər ölüb


Keniya mediası ölkənin şimalında qeyri-rəsmi qızıl mədəninin çökməsi nəticəsində ən azı 5 nəfərin öldüyünü və bir neçə nəfərin itkin düşdüyünü bildirib.

Bölgə komissarı Paul Rotiç cümə günü axşam saatlarında telefonla "Reuters" agentliyinə bildirib ki, Hillo mədənindən beş şaxtaçının cəsədi çıxarılıb, daha üç nəfərin taleyindən xəbər yoxdur.


"Xilasedicilərin və polisin hesabatları göstərir ki, divarlar dağılan zaman (ən azı) səkkiz təsadüfi mədənçi mədən sahəsinin içərisində olublar", - Rotiç deyib.


Şənbə günü səhər Keniyanın NTV telekanalı xəbər verib ki, yaralı iki mədənçi xəstəxanaya aparılıb.


Marsabit qraflığının komissarı David Saruni NTV telekanalına deyib ki, "Yağışlar səbəbindən yer çöküb".


Ölkədə həftələrdir davam edən leysan yağışlarından sonra baş verən sel və torpaq sürüşmələri nəticəsində yüzlərlə insan həlak olub.

Mənbə: Reuters

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et