Dünyanın ən qaradərili insanı seçilən və Ginnesin Rekordlar Kitabına düşən Cənubi Sudanlı model Nyakim Qatveç həyat hekayəsi ilə özündən şübhələnən hər kəsi ruhlandırır. Dəri rənginə görə “Qaranlıq kraliçası” ləqəbini alan gənc model çətin yollardan keçərək uğur qazanıb.

Dəri rəngi təəccüblü bir şəkildə qara olan məşhur model qısa zamanda bir çox insanların diqqətini çəkməyi bacarıb.
Nyakim Qatveç normal olaraq dəridə, saçda, göz membranlarında, beynin bəzi hissələrində və melanik adlanan bəzi şişlərdə olan və tirozinin o qədər artması nəticəsində yaranan Melanin adlı tünd bioloji piqment xəstəliyinə sahibdir. Gözəl model füsunkar dəri rəngi ilə Ginnesin Rekordlar Kitabına düşüb. Lakin Nyakim öz vəzifəsinə asanlıqla çatmayıb.
14 yaşında Afrikadakı qaçqın düşərgəsindən ABŞ-yə köçən Nyakim model fərqli fiziki görünüşü ilə girdiyi hər mühitdə diqqət çəkib.
Bu vəziyyət onun uşaqlığı boyu yaşıdları tərəfindən kənarda qalmasına səbəb olub. Qatveçin ən böyük arzusu yaşadığı bütün çətinliklərə baxmayaraq model olmaq idi.
Nyakim, xüsusilə məktəbdə böyük təzyiqlərlə üzləşirdi. O, hər gecə yatmaq üçün ağlayır, hətta dərisini ağartmaq istəyirdi. Çünki onun ətrafında bunu edən çoxlu sudanlı qadınlar var idi. Nyakimin bacısı dərisini ağardıb, amma Nyakim də bunu istədiyini deyəndə bacısı buna icazə verməyib
Bacısının "sən təkcə dərini deyil, ağlını da ağardacaqsan. Mən bunu etdiyimə peşmanam" deməsi Nyakimin bütün həyatını dəyişib.
O deyir ki, dünyada hər kəs oxşarlıqlarla yanaşı fərqləri də qəbul etməlidir. Nyakim sosial şəbəkədəki paylaşımları ilə hər kəsi onu sevməyə və hörmət etməyə sövq edib.
Mənbə: Haber16
Tərcümə etdi: Günay Məmmədova.
