Bu gün:

Meteor necə yox olur?


Meteorit və ya meteor kosmosdan Dünya səthinə düşən maddələrin ümumi adıdır. Meteorit düşən cismin bərk qalığıdır. Bu obyekt kometa, asteroid və ya meteordur.

Meteor necə yox olur?

Bütün bunlar kosmosdan istənilən planetə və ya Yer atmosferinə daxil olur və adətən Yerə çatmazdan əvvəl əriyib atmosferlə qarışır. Cisimlər Yer atmosferinə daxil olduğu andan sürtünmə, təzyiq və digər kimyəvi qarşılıqlı təsirlər nəticəsində qızmağa, sonra isə bu istiliyi yaymağa başlayır. Beləliklə, o, meteoritə çevrilir və "alov topu" yaradır .

Astronomlar ən parlaq olanları bolit adlandırırlar. Atmosferdən keçən meteoritlərin təsiri çox müxtəlifdir. Geoloqların fikrincə, bolitlər kraterlər əmələ gətirəcək qədər böyük meteoritlərdir. Hər il orta hesabla bir neçə min meteorit Yer atmosferinə daxil olur. Lakin onların beş yüzə yaxını buxarlanmadan meteorit kimi yerə düşür.

Meteoritlər Yer atmosferinə saniyədə 11 ilə 72 km arasında dəyişən sürətlə daxil olurlar . Sürtünmə nəticəsində yaranan istilik səbəbindən onun böyük bir hissəsi əriyib toz hissəcikləri kimi yerə düşə bilər. Atmosferdə böyük meteoritlər müşahidə oluna bilər. Hər il müntəzəm olaraq baş verən meteor yağışları var. Bu yağışlardan ən məşhuru Perseid yağışıdır.

Meteor sürüşməsi nədir?

Müşahidə edilərkən atmosferdən və Yerdən keçən meteoritlərə meteor yağışı deyilir. Bütün digərləri meteorit tapıntıları kimi tanınır. 2016-cı ilin aprel ayına olan məlumata görə, dünyada 1140 slayd qeydə alınıb. 38.660 -dan çox sənədləşdirilən meteorit tapıntısı var.

Mənbə: Milliyyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et