Bu gün:

Odekolon bizə necə sərinlik verə bilər?



Bildiyiniz kimi odekolon saf su, etil spirti və essensiyalardan ibarət qarışıqdır. Demək olar ki, sehrli bir toxunuş kimi, tərkibindəki xüsusi maddələrlə tətbiq etdiyimiz anda dərimizə təravət hissi verir. Ürəyimiz gedən zaman odekolon iyi gələndə özümüzə gəlirik. Tərkibindəki etil spirti odekolonun aparıcı aktyorudur. 

Etil spirti uçucu bir maddədir və dəri ilə təmasda olduqda dərhal buxarlanır. Bu buxarlanma prosesi əsl sərinlik fenomeninin aparıcı aktyorudur. Məsamələrinizi təzələyən və bədəninizi canlandıran bu təsir edici maye sərinlik dalğası kimi ətrafınıza yayılır. Odekolonun verdiyi təravət hissi fəsillərə görə dəyişir. Bu sərinlik hissi isti yay günlərində daha güclü hiss olunarkən soyuq qış günlərində dərinizə uzunmüddətli rahatlıq və sərinlik verə bilər. Ancaq, bu hiss kifayət qədər təravətləndirici və müvəqqətidir. Odekolonun tərkibindəki etil spirti zərərli deyil. Ancaq bəzi yerlərdə etil spirti əvəzinə metil spirti istifadə olunur. Bu çox zərərli bir maddədir və ondan qaçınmaq lazımdır. Satın alarkən bunu nəzərə alın.


Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et